Yürüş edən azərbaycanlılar döyüldü: həbslər var - VİDEO

30-06-2017, 19:51           
Yürüş edən azərbaycanlılar döyüldü: həbslər var - VİDEO
Yüzlərlə Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəminin ad gününü qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) yürüş ediblər.

Axar.az xəbər verir ki, fəallar qalada üzərinə “Siyamək Mirzayi azad olunmalıdır” şüarı yazılmış plakatlar qaldıraraq, onun və digər azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb ediblər.

Mərasim iştirakçılarından bir neçəsi qaladan qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, Rəhim Novruzi adlı fəal isə döyülərək ağır xəsarət alıb.

Şahidlər Rəhim Novruzinin ambulansla aparıldığı zaman huşdan getdiyini, üzü və paltarlarının qan içində olduğunu deyiblər.

Qalaya gedən fəallardan bir neçəsindən heç bir xəbər olmadığı üçün onların da saxlanıldığı ehtimal edilir. Hələ ki, tutulan fəallardan Murtaza Pərvin, Rəhim Novruzi, Hamid Rəvadi və Əkbər Cahangirinin kimliyi müəyyənləşdirilib.

Mərasimdən görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.