DİN Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma aparıb

30-06-2017, 20:02           
DİN Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma aparıb
İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomaşına əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomaşına əyləşdirib yoluna davam edib.

Dindirmə zamanı M.Hüseynova E. Həsənovla (adlar şərtidir) aralarında dostluq münasibətlərinin olduğunu, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru