Modelin qəzaya uğradığı yaxta deputat oğluna məxsus olub ?

30-06-2017, 22:07           

Mətbuatdan bəllidir ki, Xəzərdə batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu gün Sabunçu rayon prokuroru Ceyhun Şirinovla, onun müavini Nazim Xudiyevlə əlaqə saxlamaq cəhdimiz alınmadı. Böyük prokuror köməkçisi Əfsər Cəfərov NUH.az-ın müxbirinə bildirib ki, Günel Mirzəyevanın ölüm işi ilə bağlı hansı müstəntiqin məğşul olması barədə onda məlumat yoxdur. Böyük prokuror köməkçisi müxbirimizə bildirib ki, bu məsələ ilə bağlı dəftəxanaya müraciət edin. Təəssüf ki, dəftərxana müdirəsi də onda bu barədə məlumat olmadığını bildirib.

Sonra NUH.az-ın müxbiri Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb. Çünki modelin və dostlarının qəzaya uğradığı yaxta mütləq FHN-in “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”ndə qeydiyyatda olmalıdır. Təəssüf ki, şöbə müdir Oqtay müəllimin telefonu ( 512 08 10 ) bütün günü susub. Şöbənin əməkdaşı ( ad-soyadını demədi ) müxbirimizə bildirib ki, həmin yaxtanın kimə məxsus olması biznes sirridir. Beləliklə NUH.az gün ərzində ölüm işi ilə hansı müstəntiqin məşğul olmasını və qəzanın baş verdiyi yaxtanın kimə məxsus olmasını müəyyən edə bilmədi. Ancaq mötəbər mənbədən NUH.az –a daxil olan məlumata görə, yaxta FHN-in “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”ndə qeydiyyatdan keçib və deputatlardan birinin oğluna məxsusdur. Səbəbkarin deputat oğlu olmasına görə, Sabunçu prokurorluğu susur, FHN isə sualımıza cavab vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.