Növbəti "buz dövrü" gəlir
12-07-2015, 18:54
Mütəxəssislər Yer kürəsində növbəti dəfə "buz dövrü"nün yaşana biləcəyi haqqında xəbərdarlıq ediblər. ANS PRESS-in məlumatına görə, Günəşin aktivliyini izləyən astronomlar 2030-cu ildə planetimizdə güclü soyuqlaşmanın başlayacağını ehtimal edirlər. Onların fikrincə, bu dövr 2040-cı ilə qədər davam edəcək.
Professor Valentina Jarkova apardığı araşdırmaların nəticələrini paylaşarkən bildirib ki, 2030-2040-cı illər arasında 26-cı Günəş dövrü olacaq. Bu dövrdə mövcud olan iki dalğanın bir-birinə qarşılıqlı təsiri nəticəsində Günəşin aktivliyi sıfra enəcək. Nəticədə bəşəriyyət son 300 ildə qarşılaşmadığı şiddətli şaxtalarla üz-üzə qalacaq. Professor Valentina Jarkova hesablamaların 97 faiz dəqiqliklə aparıldığını qeyd edib.
2011-ci ildə çəkilən bu şəkildə Günəşin səthi təmiz və sabitdir.
"Maunder minimumu" adlandırılan həmin soyuqlaşma hadisəsi sonuncu dəfə 1645-ci ildə baş vermişdi. 1715-ci ilə qədər davam edən şaxtalar nəricəsində İngiltərədəki Temza çayı da donmuşdu. Astronom Edvard Maunderin hesablamalarına görə, həmin dövrdə Günəşdə 40-50 min əvəzinə, cəmi 50 ləkə müşahidə edilmişdi. Yaranan ləkələrin əksəriyyəti isə Günəşin cənub yarımkürəsində əmələ gəlirdi.
"Maunder minimumu" dövründə London körpüsü və donmuş Temza çayını göstərən rəsm