5 erməni hərbçisi öldürülüb - FOTO

5-07-2017, 16:37           

Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 4 nəfəri yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə xəbər Ermənistanın hərbi xəbərlər verilən Armenians səhifəsində yayılıb.

Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

“Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi”, - məlumatda bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru