Zəhraya görə Bakıda yürüş başlayır

5-07-2017, 17:37           

Gənclər və İdman Nazirliyi ermənilərin Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhranın ölümü ilə əlaqədar yürüş keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Gənclər və İdman Nazirilyinin mətbuat xidməti yayıb. Məlumata görə, yürüş “Bridge Plaza”dan başlayacaq.

“Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da Fransa səfirliyinin qarşısından keçəcəklər”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, dünən Füzulinin Alxanlı kəndi Ermənistan ordusu tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması zamanı ermənilər ağır silahlardan da istifadə ediblər. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru