Sumqayıtda baş vermiş ölümcül qəzanın görüntüləri yayılıb - VİDEO (18+)

13-07-2015, 17:09           

Azyaşlıların və ürəyi zəif olanların videoya baxması qadağandır.

Bakı-Quba yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 8-i saat 13:00 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəsəbə sakini Anar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcına çırpıb.

A.Məmmədovun sərnişinlərindən Gülnar Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişini Fərqanə Səlimova xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
[media=https://www.youtube.com/watch?v=C65kzgD101U]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru