Şahin Şıxlinski axtarışa verildi

Dünən, 17:38           
Şahin Şıxlinski axtarışa verildi
Şahin Şıxlinski axtarışa verildiYekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi rəsmi saytında məlumat verib.
Nazirliyin rəsmi məlumat bazasına əsasən, həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.
Bununla belə, onun hansı maddə üzrə axtarıldığı göstərilmir.
Qeyd edək ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru