Əsgərlikdən gəldi, ÖZÜNÜ ASDI - Saatlıda 21 yaşlı Azərin MÜƏMMALI ÖLÜMÜ

10-07-2017, 14:17           
Əsgərlikdən gəldi, ÖZÜNÜ ASDI - Saatlıda 21 yaşlı Azərin MÜƏMMALI ÖLÜMÜ
Saatlıda 21 yaşlı gəncin intiharı ilə əlaqədar bəzi məqamlar ortaya çıxıb.

teref.az lent.az-a istinadən bildirir ki, rayonun Novruzlu kəndində 1996-cı il təvəllüdlü Cahangirov Azər Rafiq oğlu axşam saatlarında özünü yaşadığı evdə asaraq intihar edib. Həmin zaman evdə heç kim olmayıb.

Bildirilir ki, Azər Cahangirov hərbi xidmətdən təzə gəlib. Özünə qapanan 21 yaşlı gənc kənddə təsərrüfatla məşğul olub.

Özündən başqa ailədə balaca bacısı olub. Atası isə uzun müddət Rusiyada yaşayırmış. Faciə xəbərini eşidəndən sonra gəlib. Azər Cahangirovun hansı səbəbdən intihar etməsi hələ də heç kimə məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.