ALİM QASIMOVUN OĞLUNUN GÖZÜNÜ ÇIXARDILAR - Dəhşətli hadisə

10-07-2017, 22:17           
ALİM QASIMOVUN OĞLUNUN GÖZÜNÜ ÇIXARDILAR - Dəhşətli hadisə
Hadisə Müşfiqabad qəsəbəsində baş verib. Hadisə şahidlərinin Mynews.az-a verdiyi məlumata görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir. Hadisənin dəqiqliyi barədə məlumat almaq üçün dəfələrlə əlaqə saxlamağa çalışsaq da, ailə ilə danışmaq mümkün olmadı. Hadisəni dəqiqləşdirməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru