Canavarlar Ağdaşın kəndinə hücum etdi

16-07-2017, 21:55           

Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb.
teref.az xəbər verir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib. Bundan sonra məlum olub ki, kənd sakininin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırtıcılar digər yeddi baş qoyuna ağır xəsarət yetiriblər.
Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr vurulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru