Bakıda partlayış baş verib, xəsarət alanlar var

25-07-2017, 05:49           

Bakıda partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı otluq sahədə yanğın başlayıb. Binanın birinci mərtəbəsində yaşayan Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman istilik xətlərinin keçdiyi hissədə naməlum səbəbdən partlayış baş verib. Nəticədə hər iki şəxs xəsarət alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayışın səbəbləri və mənbəyinin dəqiqləşdirilməsi üçüm araşdırmalara başlanılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru