"Anglo Asian Mining"in Azərbaycan banklarına 11 milyon dollarlıq kredit borcu var

25-07-2017, 16:21           
"Anglo Asian Mining"in Azərbaycan banklarına 11 milyon dollarlıq kredit borcu var
2017-ci ilin iyunun 30-na "Anglo Asian Mining" şirkətinin kreditlər üzrə borcu 30,4 mln. dollar təşkil edir.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin saytında yer alan hesabatda qeyd edilib.

Şirkətin Amsterdam Ticarət Bankına 6,2 mln. dollar, "Qazprombank"a 6,2 mln. dollar, "PAŞA Bank"a 6,2 mln. dollar, "Azərbaycan Beynəlxalq Bankı"na 3,9 mln. dollar, "Yapı Kredi Bankası A.Ş."-yə 2,6 mln. dollar, "Kapital Bank"a 0,5 mln. dollar, "Atlas Copco"ya 0,5 mln. dollarlıq kredit borcu var.

"Anglo Asian Mining" direktordan 3,8 mln. dollar məbləğində kredit cəlb edib.

Qeyd edək ki, şirkət Azərbaycanda 6 qızıl yatağında hasilat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru