Azərbaycanda 29 yaşlı qadın keysəriyə əməliyatından sonra öldü

14-08-2017, 08:26           
Azərbaycanda 29 yaşlı qadın keysəriyə əməliyatından sonra öldü
Tovuzda keysəriyə əməliyatından sonra narkozdan komaya düşən qadın ölüb.

TEREF.İNFO report.az-a istinadən bildirir ki, Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyeva Oksana Hafiz qızı 12 gün əvvəl keysəriyə əməliyatından sonra dünyaya oğlan uşağı gətirib. Qadın əməliyyat zamanı vurulan narkozdan komaya düşüb. Reanimasiya şöbəsində koma vəziyyətdə qalan qadın bu gün dünyasını dəyişib.

Qeyd edə ki, bu O.Əliyevanın 2-ci doğuşu olub, bundan əvvəlki hamiləliyində də bir oğul uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru