Dağıstanda silahlı qrupun lideri məhv edilib

14-08-2017, 08:40           
Dağıstanda silahlı qrupun lideri məhv edilib
Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonunun Orota kəndində aparılan xüsusi əməliyyat nəticəsində “Xunzax qruplaşması” adlanan qrupun lideri məhv edilib.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərinə görə, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.

“Xunzax rayonunun Orota kəndində keçirilən antiterror əməliyyatı nəticəsində təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən bir silahlı aşkarlanıb. Şübhəli şəxs polislərin təslim olmaq tələbinə tabe olmaqdan imtina edərək onlara atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Zərərsizləşdirilən şəxsin “Xunzax qruplaşması” adlanan qrupun başçısı Hacımurad Hacıyev olduğu təsdiqlənib”, məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru