Azərbaycanlı “qanuni oğru”nun qardaşı öldürüldü - QİSAS

2-09-2017, 19:46           

2013-cü ildə Türkiyədə öldürülən cinayət aləminin tanınmış üzvü, “Lotu Qoca” kimi məşhurlaşan Əlibala Həmidovun qardaşı Tərlan Həmidov ölü tapılıb.
Onun meyiti bu gün səhər Moskvada yaşadığı mənzildə aşkarlanıb.T.Həmidovun ölüm səbəbi barədə hələlik dəqiq məlumat yoxdur. Lakin onun qardaşının düşmənləri tərəfindən öldürülməsini ehtimal edilir.
Qeyd edək ki, “Qoca”nın qətlində ondan bir qədər əvvəl öldürülən “Ded Xasan”ın tərəfdarlarının adı hallandırılırdı. Bildirilirdi ki, Moskvada fəaliyyətdə olan “Ded Xasan” qruplaşmasının üzvləri “Lotu Qoca”ya onlardan uzaqlaşmasını bağışlaya bilməyiblər.
Həmin vaxt Rusiya mediasında “Ded Xasan”ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək “Rövşən Lənkəranski”nin tərəfinə keçməsi vurğulanırdı. Bildirilirdi ki, “Lotu Qoca” İstanbulda gürcü “qanuni oğru”ların əhatəsində olarkən “Ded Xasan”ın adamları tərəfindən atəşə tutulub. (bakupost)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru