Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarəti zamanı 39 zəvvar həlak olub.
Bu barədə Səudiyyənin “Okaz” qəzeti məlumat yayıb. Ölənlərin əksəriyyətinin Misir və Əlcəzairdən olduğu bildirilib. Zəvvarların ölümünə səbəb kimi xroniki xəstəliklər göstərilib.
Qeyd edək ki, Səudiyyə krallığının Səhiyyə Nazirliyi xroniki xəstəliyi olanlara həccə getməməyi məsləhət görür./Axar.az/