Mərkəzi Bank "Rusiya Beynəlxalq Bankı"nın lisenziyasını geri çağırıb
4-09-2017, 13:00
Rusiya Mərkəzi Bankı Moskvanın “Rusiya Beynəlxalq Bankı”nın bank fəaliyyətinə verilmiş lisenziyanı geri çağırıb.
“Report” bu barədə Rusiya Mərkəzi Bankının məlumatına istinadən xəbər verir.
Bank əmanətlərin sığortalanması sisteminin üzvüdür. 2017-ci il avqustun 1-i tarixinə əsasən, aktivlərin həcminə görə “Rusiya Beynəlxalq Bankı” Rusiya bank sistemində 137-ci yeri tutub.