4 yaşlı uşaq maşında havasızlıqdan öldü

5-09-2017, 09:36           

Avtomobildə havasızlıqdan ölən uşağın əmisi İbrahim deyir ki, günah özündə olub.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa adlanan bölgəsində baş verib. 4 yaşlı Murad əmisinin avtomobilinin açarını götürüb evdən çıxıb. Maşına minən Murad qapıları bağlayıb və avtomobilin içərisində yatıb.
Ailə üzvləri 2-3 saat Muradı axtardıqdan sonra həyətdəki uşaqlardan biri Muradın avtomobildə olduğunu deyib. Dərhal avtomobilin pəncərəsini qıran İbrahim uşağı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb. Uşaq havasızlıqdan yatdığı yerdə dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru