Əvvəlcə döydülər sonra tüfənglə hədələdilər

5-09-2017, 15:37           
Əvvəlcə döydülər sonra tüfənglə hədələdilər
Sentyabrın 4-də Gəncə şəhər sakini Abdulla Əhmədov Göygöl RPŞ-yə müraciət edərək həmin gün Qızılqaya qəsəbəsindəki mağazasına gələn həmyerlisi Tural Həşimovun münaqişə zəmində onu tüfənglə vuracağı ilə hədələməsini və sonradan “Niva” markalı avtomobildə gələn 4 naməlum şəxs tərəfindən döyülməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən teref.az-ya bildirilib ki, araşdırma zamanı A. Əhmədovun münaqişə zəminində T. Həşimovu döyməsi və bu zaman sonuncunun “Niva” markalı avtomobilindən ov tüfəngini götürərək A. Əhmədovu hədələməsi müəyyənləşib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Həşimov saxlanılıb və ondan müvafiq sənədləri olan “Churchil” markalı tüfəng götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru