On beş yaşlı oğlan məktəbi atəşə tutub
5-09-2017, 20:32
Moskva ətrafındakı İvanteyevka şəhərində yeniyetmə oxuduğu məktəbi atəşə tutub, bir müəllim və üç şagird yaralanıb
Moskva ətrafındakı İvanteyevka şəhərində yeniyetmə oxuduğu məktəbi atəşə tutub.
teref.az yazır ki, Sputnik xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.
"İnsident zamanı dörd nəfər yaralanıb: bir müəllim və üç şagird. Ölən yoxdur" — deyə DİN İvanteyevka növbətçi xidmətindən RİA Novosti-yə bildiriblər. Onun sözlərinə görə, məktəblilər pəncərədən tullanarkən xəsarət alıblar.
Polis atəşin dayandırılmasına nail olub. Məsələ ilə bağlı Rusiya Cinayət Məcəlləsinin "Xuliqanlıq" və "Səhlənkarlıq" maddələri ilə cinayət işi açılıb. Xəsarət alanların həyati təhlükəsi yoxdur.
Prokurorluqdan verilən məlumata görə, on beş yaşlı məktəbli müəllimin başına mətbəx baltası ilə zərbə endirib. Sonra fişəng partladıb və atəş açmağa başlayıb. O, pnevmatik silahı məktəbə plaşın altında gətirib.
Sosial şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, yeniyetmə əvvəlcə fişəng partladıb, sonra pnevmatik silahdan atəş açmağa başlayıb. Eyni zamanda qışqırıb ki, ölmək istəyir. Məktəbin şagirdləri təlaş içində pəncərələrdən tullanmağa başlayıblar. Bir qız tullanarkən ayağını qırıb.
İnsidentlə əlaqədar məktəbin həyətinə toplaşan valideynlərin sözlərinə görə, atəş açan yeniyetməni sinif yoldaşları "alçaldıblar", məktəb rəhbərliyi isə heç bir tədbir görməyib.
Binanın girişinə 30-a yaxın jurnalist və şagirdlərin valideynləri toplaşıb. Ərazi keçidə bağlanıb, darvazada polis əməkdaşları keşik çəkib.
Şagirdlərin valideynləri baş verən hadisədən həyəcanlanıblar. Onlar bildiriblər ki, oğlanı sinif yoldaşları təhqir ediblər. O, hadisə zamanı özünü qəribə aparıb.
"Biz tarix kabinetinin yanında dayanmışdıq. Bu vaxt direktorun texniki təhlükəsizlik üzrə müavini bizim yanımıza qalxdı və sinfə girməyi tapşırdı. Elə bu vaxt biz ilk partlayış səsini eşitdik. Biz sinfə girəndə ikinci partlayış baş verdi. Bundan sonra evakuasiya elan edildi" — deyə insidenti törədən şagirdlə paralel sinifdə oxuyan İvan bildirib.
9-cu "A" sinfində oxuyan Adelina adlı şagird isə bildirb ki, "9 "B" sinfində oxuyan həmin oğlan olduqca qapalıdır". Əvvəllər onunla münasibəti olan rəfiqələrinin sözlərinı görə, o, hücumu planlaşdırdığını deyib, amma heç kim ona inanmayıb.
İstanbulun Esenyurt məhəlləsində əlində tüfənglə dama çıxmış adam
Digər şagirdin sözlərinə görə, ilk partlayışdan sonra sinfə girən müəllim kompüterlərdən birinin partladığını deyib. Üçüncü partlama səsindən sonra isə direktor sinfə daxil olaraq bütün şagirdləri məktəbi tərk etməyə çağırıb. O, ümimilikdə 6 partlama səsi eşidib.
Şahidlərin sözlərinə görə, yeniyetmə imkanlı ailədəndir və qanunlarla heç bir problemi olmayıb. Hazırda şagirdi bu addımı atmağa vadar edən səbəblər müəyyənləşdirilir.