Ailə üzvlərini öldürərək intihar etdi - Tehranda faciə

5-09-2017, 21:01           

İran paytaxtında ağır cinayət törədilib.

Hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Bunun ardınca isə bıçaqla öz boğazını kəsərək intihar edib.

Hadisə qatilin həyat yoldaşının ailə üzvləri onların evinə gəldikdə aşkarlanıb. Qapını döymələrinə baxmayaraq, açılmadığını görən ailə üzvləri polisə müraciət ediblər. Hadisə yerinə gələn polis içəridə 3 nəfərin cəsədini aşkarlayıb.

Cinayətin ailədaxili münaqişədən qaynaqlandığı bildirilib. Polis təhqiqat aparır./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru