Qəbələdə 25 yaşlı gəlin facebook dostuna qoşulub qaçdı.

6-09-2017, 13:23           

Bu günlər rayonun Vəndam qəsəbəsində ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək 25 yaşlı, iki uşaq anası başqasına qoşularaq qaçıb. Qaçdığı adamla, hələlik öz təsdiqini tapmayan məlumata görə, onun facebook sosial şəbəkəsində tanış olduğu ehtimal olunur.

Qadının həyat yoldaşının QəbələPress.info-ya verdiyi məlumata görə, onları evin yaxınlığında "Xammer" markalı maşın gözləyib.

Bunu yolun kənarında "banka-balon" satan uşaq da təsdiqləyib.

Qadının həyat yoldaşı daha sonra əməkdaşımıza bildirib ki, əvvəllər arvadının facebookda kiminlə isə yazışmasından şübhələnib. Amma bunun belə nəticə verə biləcəyini düşünməyib.
Hal hazırda qadının yaxın kəndlərin birində yaşayan atasının evində yaşadığı bildirilir. Onların da fikrini öyrənib dərc etmək fikrindəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru