Azərbaycanda gəlin maşını qəzaya düşdü - Gəlin və bəy...- FOTOLAR

6-09-2017, 15:11           
Azərbaycanda gəlin maşını  qəzaya düşdü - Gəlin və bəy...- FOTOLAR
Bakıda yük maşını qəza törədib.

Hadisə Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda baş verib. "Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub. Nəticədə yük avtomobili qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub.

Hadisə nəticəsində yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb və qaz xəttinə ziyan dəyib. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və Sabunçu qəsəbəsininin böyük bir hissəsinə mavi yanacaqın verilməsi dayandırılıb.

Mənbə: trend.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru