Mətbuat xidməti rəhbərinin oğlu yol qəzasında həlak oldu

7-09-2017, 21:36           

Bakıda ağır yol qəzası baş verib. teref.az salamnews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib.

Belə ki, yolda hərəkətdə olan “Subaru” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.
Tanrı ölənlərin ruhunu şad etsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru