Keçmiş sevgilisindən elə intiqam aldı ki...

8-09-2017, 09:39           
Keçmiş sevgilisindən elə intiqam aldı ki...
İngiltərənin Telford şəhərində çox ilginc bir qısqanclıq hadisəsi yaşanıb. İnternetdə özünü polis kimi təqdim edən Lauren Adderley adlı gənc qadın onu tərk edən eks sevgilisini iki il nəzarət altında tutaraq başqaları ilə görüşməsinə mane olub.

Müdir assistenti olaraq çalışan 21 yaşlı Lauren və 22 yaşlı Mitcell 2014-cü ilin sentyabr ayında münasibət qurmağa başlayıblar. Amma iki ay sonra Mitcell ayrılmaq istədiyini deyəndə qız ondan bu cür intiqam almağa qərar verib. İlk olaraq Mitchellə keçmişdə baş vermiş bir cinayətin qurbanı olduğunu deyən Lauren, gənc adamdan onun lehinə şahidlik etməsini xahiş edib. Mitcell bu təklifi qəbul edib. Gənc qız ilk olarak “Robert Hay” saxta kimliyindən istifadə edərək, eks sevgilisi ilə internet yolu ilə danışmağa başlayıb. Polis olduğunu deyən Lauren gənc adamı bir istintaqın içində olduğuna inandırdı və onun küçəyə çıxmasının qadağan olduğunu dedi. O, bununla da Mitcellin başqa biri ilə sevgili olmasına mane oldu və iki il boyunca onun sosial həyatına zərbə vurdu. Gənc adama elektron yolla təlimatlar verən Lauren Mitcelli çərşənbə, cümə, şənbə və bazar günləri bara getməsinin qadağan olduğuna inandırdı. Bununla da onun başqa qadınlarla görüşməsini əngəllədi.

2 il boyunca bu yalana inanan Mitcell, sonunda bir iş yoldaşının tövsiyəsi ilə polisə getdi və beləcə keçmiş sevgilisi Laurenin qurduğu oyun ortaya çıxdı. Bunun nəticəsində polis Laureni 9 ay həbs cəzasına məhkum etdi. Lauren artıq internet keçmişi silinməyəcək bir kompüterdən istifadə edəcək və keçmiş sevgilisini görməsi də qadağandır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.