Akif Əli üzr istədi: Böyük alimə "fındıqbaş" dediyi üçün
8-09-2017, 17:01
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu gün böyük müzakirələrə və etiraza səbəb olan açıqlaması ilə bağlı üzrxahlıq edib. Akif Əli feysbuk profilində ona ünvanlanan görkəmli azərbaycanlı alim Lütfi Zadənin dəfni ilə bağlı məsələyə verdiyi reaksiyaya aydınlıq gətirib.
Cebhe.info mətni təqdim edir:
"ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı jurnalistin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub.
Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm.