İcra Hakimiyyətinin şöbə müdirini niyə bıçaqladılar... - Deputat danışdı

12-09-2017, 13:58           
İcra Hakimiyyətinin şöbə müdirini niyə bıçaqladılar... - Deputat danışdı
"Ərazi idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayevin vəziyyəti normaldır. Quba xəstəxanasının baş həkim əvəzi Əlyar Sərvərovun verdiyi məlumata görə, xəstənin həyatı üçün ciddi heç nə yoxdur”.

teref.az xəbr verir ki, bunu Modern.az-a açıqlamasında Qubadan seçilən deputat Vahid Əhmədov rayon İcra Hakimiyyətinin şöbəsinin müdirinin bıçaqlanmasından danışarkən deyib.
O, bildirib ki, hadisə mübahisə zəminində baş verib.

"Mənə verilən məlumata görə, bıçaqlanma hadisəsi torpaq məsələsi üstündə yaranıb. Belə ki, Əmrullayevlə yerliləri arasında torpaq üstündə mübahisə yaranıb. Sonda mübahisə qarşı tərəfin şöbə müdirini bıçaqlanması ilə nəticələnib”.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH)Ərazi və idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayev dünən bıçaqlanıb. Dərhal xəstəxanaya yerləşdirilib. Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru