Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25-09-2017, 08:34           
Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb
Yaponiyada "Boeing" tipli təyyarənin dördkiloqramlıq örtük hissəsi qopraq 2 min metr yüksəklikdən avtomobilin üzərinə düşüb.
"Report" "Qovorit Moskva"ya istinadən xəbər verir ki, örtük təyyarənin qanadından qopub və maşının tavanına ziyan vurub, həmçinin arxa şüşəsini qırıb.
Sürücünün xəsarət almadığı bildirilir. Hava gəmisi isə Amsterdamda eniş edib.
Təyyarə Hollandiyanın KLM aviaşirkətinə məxsusdur. Aviadaşıyıcı hadisə ilə bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru