Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

25-09-2017, 09:06           

"Moyşik" maşını yuyandan sonra nəqliyyat vasitəsini sürməyə başlayıb və...
Bakıda avtomobilini avtoyuma məntəqəsinə qoyan qadın polisə şikayət edib. teref.az Lent.az-a istinadən xəbər verir ki, Rəvanə Abbasova adlı şikayətçi bildirib ki, “KİA” markalı avtomobilini təmizlənməsi üçün Neftçilər prospekti 169 ünvanındakı məntəqəyə təhvil verib. Lakin məntəqədə işləyənlərdən biri maşını yuyandan sonra nəqliyyat vasitəsini sürməyə başlayıb və yan güzgülərdən birini başqa nəqliyyat vasitəsinə vuraraq sındırıb.
Şikayətçi ona vurulan ziyanın ödənilməsini və avtomobilini özbaşına idarə edən şəxsin cəzalandırılmasını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru