Dubayda Marsdakı həyat şəraitinin bənzəri olan rayon inşa ediləcək

27-09-2017, 09:22           
Dubayda Marsdakı həyat şəraitinin bənzəri olan rayon inşa ediləcək
Dubay əmirliyində Marsdakı həyat şəraitinin bənzəri olan rayon inşa ediləcək.
"Report" xəbər verir ki, bu barədə yerli "The National" nəşri məlumat yayıb.
Dəyəri 136 milyon dollar olan "Mars elmi şəhəri" ("Mars Scientific City") layihəsini Dubayın vəliəhdi, BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid hökumət iclasında təqdim edib. "Mars Scientific City" 176,5 kvadrat metr ərazini əhatə edəcək.
Bildirilir ki, ərazidə tikiləcək biokubların içində "Mars mühiti"ndə bitkilərin becərilməsi üzrə təcrübələr aparılacaq. Plana görə, şəhər özünü həm də qida məhsulları, su və enerji ilə tam təmin etməlidir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru