İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb

27-09-2017, 09:26           
İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb
İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
teref.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru