Bakıda sürücü vurduğu piyadanın xahişinə məhəl qoymayaraq qaçıb

27-09-2017, 09:37           
Bakıda sürücü vurduğu piyadanın xahişinə məhəl qoymayaraq qaçıb
Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 57 yaşlı Aslanov Abbasqulu Yusif oğlu Ramana qəsəbində yüksək sürətli magistral yolu keçmək istəyərkən onu sürücüsü hələlik naməlum olan minik avtomobili vurub.
Qəzanı törədən sürücü piyadanın xəsarət aldığını görərək hadisə yerini tərk edib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkmişin sözlərinə görə, o, qəza baş verəndən sonra sürücüdən xəstəxanaya çatdırılmasını istəsə də, kişi ona məhəl qoymayıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru