Donald Tramp İspaniyanın baş nazirini prezident kimi təqdim edib

28-09-2017, 08:49           
Donald Tramp İspaniyanın baş nazirini prezident kimi təqdim edib
ABŞ prezidenti Donald Tramp İspaniyanın baş naziri Mariano Rahoyla danışıqlardan sonra onu sosial şəbəkədə prezident kimi təqdim edib və adını yanlış yazıb. “Mənim üçün İspaniya prezidenti Marianor Coyu qəbul etmək şərəfdir”, - Tramp “Twitter”də yazıb.

APA-nın məlumatına görə, Donald Tramp birgə mətbuat konfransında da İspaniyanın baş nazirinə “cənab prezident” deyə müraciət edib. ABŞ lideri tərəfindən prezident kimi təqdim edilən Rahoyun özü də təəccüblənib.

Mariano Rahoyun vəzifəsinin rəsmi adı “hökumətin prezidenti”dir. Lakin bu, onun prezident olması anlamına gəlmir. Amerika KİV-i ehtimal edir ki, silsilə yanlışlıqlar Ağ Ev əməkdaşlarının günahı üzündən baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru