Millət vəkilindən təhsil nazirinə ittiham dolu məktub

28-09-2017, 14:08           
Millət vəkilindən təhsil nazirinə ittiham dolu məktub
Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur ölkənin Təhsil naziri Seyid Məhəmməd Bəthaiyə məktub yazaraq, Urmu gölünün məktəb dərsliklərindən silinməsinin səbəbini soruşub.

Axar.az xəbər verir ki, rəsmilərin Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti də daxil olmaqla müxtəlif vədlər verdiyini, amma vədlərini yerinə yetirmədiklərini bildirən millət vəkili nazirliyin Urmu gölünə münasibətini sərt tənqid edib. O bildirib ki, Təhsil Nazirliyi Urmu gölünün şəkillərini iranlı şagirdlərin dərsliklərindən silir, göl hələ qurumamış onun adı və təsviri qurudulur:

“Bəzi ölkələr, o cümlədən Avstraliya insanın təbiətə müdaxiləsinin nəticəsini izah etmək məqsədi ilə Urmu gölünün quruması hadisəsini dərsliklərə salıblar. Belə bir halda nə üçün bu işlərinizlə yeni nəsilin təhsil sisteminə müdaxilə edirsiniz?! Urmu gölünün şəkilləri belə dərsliklərdən silinib! Bölgə əhalisi nazirdən bu zəmində qaneedici cavab gözləyir”.

Sonda isə Nadir Qazipur bu məsələni boş buraxmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru