Kriminal qruplar arasında atışma: - azərbaycanlı yaralandı

28-09-2017, 18:49           
Kriminal qruplar arasında atışma: - azərbaycanlı yaralandı
İstanbulda silahlı qruplar arasında atışma baş verib.

Publika.az xəbər verir ki, atışmada iştirak edənlərdən biri də Ariqməmmədov soyadlı Azərbaycan vətəndaşıdır.

Məlumata görə, sentyabrın 23-də Orxan Aşıkgöz adlı Türkiyə vətəndaşı və azərbaycanlı olan Ariqməmmədov axşam saatlarında İstanbulun Sultanqazi rayonunda avtoparkda əyləşiblər. İki ağ rəngli avtomobillə avtoparka gələn şəxslər atəş açmağa başlayıb. Açıkgöz və Ariqməmmədov da onlara cavab verib. 8 cinayəti olan Açıkgöz həyatını itirib, Ariqməmmədov isə ayağından yaralanıb.

İstanbul polisinin araşdırmasında məlum olub ki, hadisə narkotik satan iki kriminal dəstə arasında baş verib. Hücum edən şəxslərin Silivri Büyüksinekli kəndində bağ evində gizləndiyi ortaya çıxıb. Xüsusi təyinatlı polis qüvvələrinin iştirakı ilə hücum edən şəxslər tutulub.

Tutulanlar 8 cinayəti olan 35 yaşlı Vahap Polat, 8 cinayəti olan 35 yaşlı Agit Kavak, 9 cinayəti olan 23 yaşlı Mahsun Kavak və 3 cinayəti olan 24 yaşlı Yasin Gençdir. Əməliyyat zamanı polisə atəş açan Agir Kavak qıçından vurulduqdan sonra tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru