Bakının mərkəzində 2 nəfərin meyiti tapıldı

29-09-2017, 11:19           

Ötən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Xocalı parkında 2 meyit tapılıb.

Metronun "Xətai" stansiyasının yaxınlığında parkda skamyanın üzərində 2 kişi meyitinin olması barədə məlumat daxil olub. İlkin araşdırmalar zamanı ölən şəxslərin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Məlum olub ki, ölənlərdən biri 1968-ci il təvəllüdlü Bədəlov Mükafat Qulam oğludur. Digər şəxsin kimliyini isə dəqiqləşdirmək mümkün olmayıb.

Bildirilir ki, hər iki şəxs tüfeyli həyat tərzi sürüb və küçələrdə gecələyirmiş. Onların spirtli içki qəbul edəndən sonra gecələdikləri yerdə öldüyü deyilir.

Araşdırma aparılır. (Lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru