Bəhreyn xalqı edama məhkum edilənlərin müdafiəsinə qalxdı
2-01-2018, 11:50
Bəhreyn xalqı ölkədə 6 gəncə edam cəzası verilməsinə etiraz məqsədi ilə dünən küçələrə axışıb. Başda paytaxt Manama olmaqla, ölkədəki əksər şəhərlərdə nümayişlər keçirilib. Nümayişçilər gənclərə verilən edam cəzasının ləğv olunmasını və onların dərhal sərbəst buraxılmasını tələb ediblər. Polis bəzi küçələrdə nümayişçilərə müdaxilə edib və saxlanılanların olduğu açıqlanıb. eastnews.org