Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB

3-01-2018, 10:39           
Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB
Peruda avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qəza nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi.



İnsident Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, “Şeytan aşırımı” adlanan dağ yolunda baş verib. Toqquşandan sonra salonunda 50 sərnişin olan avtobus 100 metr dərinlikdə dərəyə aşıb.



GPS məlumatlarının təhlilinə əsasən, hər iki avtomobil yüksək sürətlə hərəkət edib.



****** 04.14



Peruda avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qəza nəticəsində 25 nəfərin öldüyü bildirilmişdi.



Altı nəfərin xəsarət aldığı qeyd olunur.



İnsident Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, “Şeytan aşırımı” adlanan dağ yolunda baş verib. Toqquşandan sonra salonunda 50 sərnişin olan avtobus 100 metr dərinlikdə dərəyə aşıb.



Hadisə yerinə çoxlu sayda xilasedici və həkimlər cəlb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.