Mingəçevirdə yataqxanada baş vermiş yanğın söndürülüb, 10 nəfər xəstəxanaya yerləşdirilib - FOTO - YENİLƏNİB
4-01-2018, 09:14
Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında baş vermiş yanğın söndürülüb.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı yataqxananın tüstüdən boğularaq zəhərlənmiş 10 sakini xəstəxanaya yerləşdirilib.
Onlardan 3-ü azyaşlı uşaqdır. Zərərçəkmişlərin vəziyyəti kafidir.
Təxliyyə zamanı digər bir qrup zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb.
***02:39
Mingəçevir. 4 yanvar. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında yanğın baş verib.
"Report”un Şirvan bürsou xəbər verir ki, alovun qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqdaları və təcili yardım xidməti əməkdaşları cəlb olunub.
Yataqxana sakinlərinin əksəriyyəti təxliyyə olunub. Onların arasında tüstüdən boğulanlar var. Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.