Bakıda gənc oğlan həkimi intim şəkilləri ilə şantaj etdi – Təfərrüat

4-01-2018, 16:13           
Bakıda gənc oğlan həkimi intim şəkilləri ilə şantaj etdi – Təfərrüat
Bakıda həkimi şantaj edərək pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

O, Elnur İbrahimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror həmçinin onun barəsində olan polis nəzarətində qətimkan tədbirini dəyişdirilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini, məhkəmə zalından həbs edilməsini tələb edib.

Zərərçəkmiş həkimin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib.

Elnur İbrahimovun vəkili çıxış üçün vaxt istəyib.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalarının birində həkimi şantaj edib. O, nevropatoloq həkim ilə sossial şəbəkədə tanış olub.

Qadınla intima münasibətdə olan Elnur sonradan onu rüsvay etməklə şantaj edib.

Təqsirləndirilən şəxs qadın olan həkimdən 8 min manatdan çox pul alıb.

Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları tərəfindən Elnur İbrahimov saxlanılıb.

Onun barəsində nə istintaq nə də məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Elnur İbrahimov isə ittihamları qəbul etmir. O bildirib ki, pulu yardım məqsədilə həkimdən istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.