Çoban ailəsindəki dəhşətin təfərrüatı - Uşaqlar nəzarətsiz qalıb

4-01-2018, 19:03           
Çoban ailəsindəki dəhşətin təfərrüatı - Uşaqlar nəzarətsiz qalıb
Bu gün Qobustan rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsinin təfərrüatı üzə çıxıb.

teref.az Lent.az-a istinadən xəbər verir ki, 2 azyaşlının yanaraq öldüyü hadisə Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki evdə baş verib. Belə ki, bu gün səhər saatlarında həmin fermada çoban işləyən Zəkəriyyə Babaşov qoyun sürüsünü otlağa aparıb. Daha sonra onun həyat yoldaşı təsərrüfat işləri ilə əlaqədar çölə çıxıb. Beləliklə, 7, 5 və 2 yaşlı 3 azyaşlı evdə nəzarətsiz qalıb. Uşaqların tezalışan əşyanı ehtiyatsızlıqdan odun sobasının üstünə aşırması isə dəhşətli faciəyə səbəb olub.

Bildirilir ki, uşaqların anası yanğının başladığını görəndə otağı alov bürüyübmüş. Ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarət alan uşaq Bakıya gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru