Qadın sürücü maşını ilə piyadanı vurub, üstündən keçdi

15-01-2018, 01:00           
Qadın sürücü maşını ilə piyadanı vurub, üstündən keçdi
Sumqayıtda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacibəyov küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Haci Zeynalabdin qəsəbəsi sakini, 1962-ci il təvəllüdlü Südabə Ağaverdi qızı Ağayeva Ü. Hacıbəyov küçəsində yolu keçmək istəyərkən onu qarşı tərəfdən gələn "Hyundai" markalı, 90-OF-039 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, qadın sürücünün idarə etdiyi avtomobil o qədər yüksək sürətlə hərkət edib ki, Südabə Ağayevanı vurandan sonra onun üstündən keçib.

Hadisə nəticəsində piyadanın sağ bud sümüyü sınıb və o, ağır kəllə-beyin travması alıb. Yaralı Sumqayıt şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYX) Zədə Məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Ağayevanın vəziyyətinin ağır olduğu bildirilir.

Adı hələlik açıqlanmayan sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru