Bakıda gecə klubunda kütləvi dava olub, 5 nəfər bıçaqlanıb

15-01-2018, 09:32           
Bakıda gecə klubunda kütləvi dava olub, 5 nəfər bıçaqlanıb
Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub. APA -nın məlumatına görə, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində qeydə alınmış dava zamanı 5 nəfərə bıçaqla xəsarət yetirilib.



Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bıçaq xəsarətləri alanlar isə 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə çatdırılıb.



İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq 3 nəfərin saxlanıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru