Kəramət Böyükçöl AYB-dən “çölə çıxarıldı”

16-01-2018, 22:02           

Bu gün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
Müstəqil.Az AYB-yə istinadən xəbər verir ki, toplantıda gənc yazıçı Kəramət Böyükçölün AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.
Qərarda deyilir
“Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru