Xəlil Rzanı tənqid edən yazıçı üzr istədi

17-01-2018, 00:14           
Xəlil Rzanı tənqid edən yazıçı üzr istədi
Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə görkəmli şair Xəlil Rza Ulutürk haqqında işlətdiyi ifadələrə görə üzr istəyib.

AZXEBER.COM xəbər verir ki, K.Böyükçöl etdiyi paylaşımda səhvə yol verdiyini etiraf edib.

"Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım. Buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru