Cavid Qurbanovun qardaşı oğlu qəzaya düşdü – “Range Rover” partladı

18-08-2015, 22:25           
Cavid Qurbanovun qardaşı oğlu qəzaya düşdü – “Range Rover” partladı
Bu gün səhər saatlarında Qubada dəhşətli qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə avqustun 18-də səhər saat 5 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı, Abşeron Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin oğlu “Range Rover” markalı avtomobillə hərəkətdə olarkən yolun sağında dayanan “VAZ – 2107” markalı avtomobilə çırpılıb. Daha sonra polis rəisinin oğlu sənədlərini götürmək üçün maşınına yaxınlaşıb. Həmin anda “Range Rover” qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Ş. Şəmşirlinin oğlu son anda ölümdən xilas olub. Belə ki, o, maşından uzaqlaşmamış avtomobil partlayıb.

Qeyd edək ki, “VAZ – 2107” markalı maşında heç kim olmayıb. İlkin ehtimala görə, qəzaya “Range Rover”in yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Hadisə ilə bağlı video görüntü hazırlanır, bir qədər sonra oxuculara təqdim edəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru