MN-də islahatlar davam edir: generalın xalası oğlu qovuldu

18-08-2015, 23:07           

Müdafiə Nazirinin bir neçə gün əvvəl işdən azad edilən müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayevin yaxın qohumu da nazirlikdəki vəzifəsindən uzaqlaşdırılıb.
teref.az Aznews.az-a istinadən xəbər verir ki, generalın xalası oğlu polkovnik-leytenant Qəhrəman Ağayev dünən nazirin əmri ilə Tikinti İşləri üzrə İdarənin rəisi vəzifəsindən azad edilib. Onun vəzifədən çıxarılması ilə bağlı isə ilginc faktlar var.
Belə ki, nazirliyin bir çox sahələrində olduğu kimi, tikinti sahəsində də ciddi yoxlamalar aparılıb və kifayət qədər böyük qanun pozuntuları aşkarlanıb. Əsas qanun pozuntuları isə Müdafiə Nazirliyinin balansında hərbi şəhərciklərdə aşkar edilib. Məlum olub ki, hərbçilər üçün nəzərdə tutulan bu şəhərciklərdəki mənzillər yerli əhaliyə kirayə verilibmiş.
Məsələ ilə bağlı Zakir Həsənova təqdimat olub və Q.Ağayev vəzifədən uzaqlaşdırılıb.
Məlumat üçün bildirək ki, general-mayor Qorxmaz Qarayevin “vurulmasında” da aşkar olunan qanun pozuntularının önəmli rolu olub.
Müdafiə Nazirliyi sistemində başqa ciddi dəyişikliklər də gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.