Öldürülən Nadir İbrahimov Nizami Piriyevin qaynının şərikidir -FOTO

28-08-2015, 15:07           
Öldürülən Nadir İbrahimov Nizami Piriyevin qaynının şərikidir -FOTO
O, həm də məşhur müğənni Azər Zeynalovun qaynıdır

Qafqaz Xəbər Agentliyi bildirir ki, bu gecə saat 03:00 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. 10 -VM -006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən şəxs 90 -SF -333 dövlət qeydiyyatlı nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsünü güllələyib. 8 güllə yarası alanNadir Ibrahimov şəxs keçinib. Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, “Chevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb. Məlumata görə, “Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır. Cinayət törədən şəxsin polis işçisi olduğu deyilir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. O, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib.

Onun sözlərinə görə, İbrahimov Nadir idarə etdiyi “Lexus” markalı 90 -SF -333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 –VM- 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb. İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib. Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, öldürülən Nadir İbrahimov biznesmen Nizami Piriyevin qaynı Namiq Əsədovun şərikidir. Nadir İbrahimov evlidir, 2 uşaq atasıdır. O, həm də məşhur müğənni Azər Zeynalovun qaynıdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.