"3 ildir günəş üzü görmürəm, təmiz hava almıram"

29-08-2015, 20:47           
"3 ildir günəş üzü görmürəm, təmiz hava almıram"
“WikiLeaks” saytının yaradıcısı Culian Assanj üç ildir Ekvadorun Londondakı səfirliyində gizlənir.

Avropa.info xəbər verir ki, Assanj sui-qəsddən qorxduğu üçün səfirliyin binasından çölə çıxmır. O, etiraf edib ki, 3 ildir günəş üzü görməyib, təmiz hava udmayıb. Çünki səfirlik binasını tərk etmək çox təhlükəlidir. O, ayrı-ayrı şəxslərdən gələn təhdidlərdən şikayətləndiyini də deyib:

“Balkona çıxa bilmir, çünki həyatım üçün hələ də risk mövcuddur”

Assanj güllələnməkdən dah çox MKİ tərəfindən oğurlanmaqdan və pilotsuz təyyarə zərbəsindən qorxur.

Assanj İsveçdə ona qarşı açılan cinayət işinə görə ekstradisiyadan yayınmaq üçün 2012-cu ilin iyunun 12-dən bu yana Ekvador səfirliyində gizlənir. Assanjı İsveçdən ABŞ-a deportasiya etsələr, məxfi sirləri yaydığına görə, onu 35 illik həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru